- Baxış sayı: 66
- 25 Sentyabr 2026 11:26
- Baxış sayı: 116
- Sentyabr 26, 2026
- 0

Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı ABŞ-ın Las Veqas şəhərində keçirilən “UFC Fight Night: Rosas Jr. vs. Barcelos” turnirində “The Ultimate Fighter 34”ün bantam çəki üzrə finalına çıxıb.
Allsport.az xəbər verir ki, Osmanlı həlledici döyüşdə Qırğızıstan təmsilçisi İlimbek Akylbek Uulu ilə qarşılaşıb. Görüş ilk raundda gözlənilməz şəkildə başa çatıb.
Döyüşün 2-ci dəqiqə 19-cu saniyəsində Məhəmmədəli yerdə olan rəqibinin baş nahiyəsinə qaydalara zidd diz zərbəsi endirib. Zərbədən sonra Akylbek Uulu mübarizəni davam etdirə bilməyib.
Hakim Kerri Hatli döyüşü dayandıraraq Osmanlını diskvalifikasiya edib və qələbəni Qırğızıstan təmsilçisinə verib.
Beləliklə, İlimbek Akylbek Uulu TUF-34-ün bantam çəki üzrə qalibi olub. Osmanlının isə 9 döyüşdən ibarət qələbə seriyası başa çatıb.
22 yaşlı Məhəmmədəli Osmanlı TUF-34-də yarımfinalda Kristian Stronqu, 1/4 finalda isə Artem Belaxı məğlub edərək finala yüksəlmişdi.