- Baxış sayı: 81
- 16 Oktyabr 2026 11:35
- Baxış sayı: 457
- Oktyabr 21, 2026
- 0

UFC prezidenti Dana Uayt Petr Yan və Merab Dvalişvili arasında keçiriləcək döyüşün qalibinin ən yüngül çəki dərəcəsi tarixinin ən böyük döyüşçüsü hesab oluna biləcəyini düşünür.
Allsport.az xəbər verir ki, o, yekun fikir bildirmək üçün qarşıdakı qarşılaşmanın nəticəsini gözləmək lazım olduğunu vurğulayıb:
“Əla sualdır. Belə bir suala indi, ilk ağlıma gələn cavabı verə bilmərəm. Gəlin şənbə günü döyüşün necə keçəcəyinə baxaq. Böyük ehtimalla, bəli”.
Petr Yan və Merab Dvalişvili arasında titul döyüşünün oktyabrın 24-də UFC-333 turnirində keçirilməsi nəzərdə tutulur.