“UFC 50 milyard dollar dəyərindədir”

“UFC 50 milyard dollar dəyərindədir”

UFC prezidenti Dana Uayt dünyanın ən böyük MMA promouşeninin dəyərinin təxminən 50 milyard dollar ola biləcəyini bildirib.

Alldport.az xəbər verir ki, Uayt açıqlamasında turnirin cəmi 2 milyon dollara alındığını da qeyd edib:

“Bu biznesə başlayanda çox adam ona inanmırdı. Ona görə də biz UFC-ni 2 milyon dollara aldıq. Gəlin dürüst olaq – UFC 2 milyon dollara alınmışdı. Əgər “Leykers” 12,5 milyard dollara satılıbsa, deməli, UFC 50 milyard dollar (85 milyard manat) dəyərindədir”.

Uayt 2001-ci ilin yanvarından UFC-yə rəhbərlik etməyə başlayıb. Həmin vaxt onun, Frenk və Lorentso Fertitta qardaşlarının yaratdığı “Zuffa” şirkəti maliyyə çətinlikləri yaşayan “Semaphore entertainment group”dan UFC-ni satın alıb.

O vaxtdan UFC dünyanın ən böyük idman təşkilatlarından birinə çevrilib. Uayt isə promouşendə əsas rəhbər vəzifələrdən birini tutmaqda davam edir.

Həmin kateqoriyadan