Dmitri Bivolun promouteri iddalı danışdı

Britaniyalı promouter Eddi Xirn müştərisi, VBA üzrə yüngül çəkidə dünya çempionu Dmitri Bivolun gələcəyini şərh edib. Allsport.az saytı xəbər verir ki, məğlubiyyətsiz rusiyalı boksçu ötən ilin noyabrında meksikalı Xilberto Ramiresi hakimlərin qərarı ilə məğlub etdiyindən bəri rinqə çıxmayıb. Sitat:

“Dmitrinin əlindən zədə var idi, amma indi hazırdır. O, dekabrda döyüşəcək. Rəqib? Bunu demək çətindir, amma Dmitri mütləq dünya çempionu adı uğrunda mübarizə aparmaq istəyir.

O, Kallum Smit – Artur Beterbiyev cütünün qalibi ilə döyüşmək istəyir. Amma bu görüş təxirə salındığı üçün, Bivol başqa rəqibə qarşı rinqə çıxmalı olacaq. Dekabrda döyüşməli olacaq, sonra onun üçün meqa döyüş təşkil edəcəyik”.

Həmin kateqoriyadan