- Baxış sayı: 34
- 24 Sentyabr 2026 19:51
- Baxış sayı: 239
- Sentyabr 23, 2026
- 0

Almaniya 2-ci Bundesliqasının 24-cü turunda millimizin yarımmüdafiəçisi Dmitri Nəzərovun formasını geyindiyi “Ersgebirge” evdə “Karlsrue”ni 1:0 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki, görüşün yeganə qolunu 36-cı dəqiqədə penaltidən milli futbolçumuz vurub. O, qələbə təəssuratını belə bölüşüb:
“Kimin fərqlənməsinin əhəmiyyəti yoxdur. Ən əsası, xal qazanmaqdır. 11-metrlik cərimə zərbələrini, adətən, mən yerinə yetirirəm. Belədə, öncə topu hara göndərəcəyimi dəqiqləşdirirəm, sonra çəkinmədən bunu edirəm”.