Dortmundda növbəti qızıl

Almaniyanın Dortmund şəhərində güllə atıcılığı üzrə keçirilən İSAS 2024 beynəlxalq turnirində Azərbaycan millisi daha bir medal qazanıb.

Allsport.az xəbər verir ki, yığmanın snayperi Zeynəb Sultanova 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada hədəfə düşüb.

O, daha sərrast olaraq qızıl medal qazanıb.

Millimiz daha öncə 3 qızıl, 2 gümüş və 1 bürünc medala yiyələnib.

Həmin kateqoriyadan