Dünya alpaqut çempionatının açılışı olub

Türkiyənin Bursa şəhərində 3-cü dünya alpaqut çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, yarışa 30 ölkənin 200-dən çox idmançısı qatılıb. Açılış mərasimində Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov, Azərbaycan alpaqut federasiyasının prezidenti Qüdrət Nuriyev, beynəlxalq Turan oyunları komitəsinin sədri Fərid Əlizadə, dünya alpaqut federasiyası idarə heyətinin üzvü Emil Rəhimov, o cümlədən, Bursa şəhər bələdiyyəsi, muxtarlığı və valiliyi başqanları iştirak ediblər.

Alpaqut Turan döyüş sənətini dünyada inkişaf etdirmək məqsədilə yaradılmış rəsmi beynəlxalq idman təşkilatıdır. Alpaqut tarixi şərait baxmından böyük məsuliyyəti dərk edən və türk xalqlarının mədəni dünya görüşünü təmsil və təblig edən, milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim türklərin ən yüksəkdə duran döyüş mədəniyyətini, muassir döyüş sənəti üzərində koonsepsiyalaşdıran, dərin fəlsəfi ideoloji mənası olan və sirli qalan bu döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edən, Turan döyüş sənətidir.

Həmin kateqoriyadan