Dünya çempionatı təxirə salındı

Dekabrda Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılan qadınlar arasında boks üzrə dünya çempionatı 2022-ci ilə təxirə salınıb. Allsport.az xəbər verir ki, bu qərar ölkədəki epidemioloji vəziyyətlə əlaqədar qəbul olunub.

AIBA prezidenti Ömər Kremlyov bildirib ki, təşkilatçılar üçün yarış iştirakçılarının sağlamlığı 1-ci yerdə durur: “Biz bilirik ki, bəzi komandalar artıq dünya çempionatına hazırlığa başlayıblar və bu qərardan məyus olacaqlar. Bununla belə, idmançılarımızın, rəsmilərin və digər maraqlı tərəflərin təhlükəsizliyi və rifahı prioritet məsələdir. Ona görə də risk edə bilmərik”.

Yarış 6 – 19 dekabrda təşkil olunmalı idi.

Həmin kateqoriyadan