Dünya çempionatında boksçularımızın rəqibləri müəyyənləşib

Dünya çempionatında boksçularımızın rəqibləri müəyyənləşib

Almaniyanın Hamburq şəhərində boksçuların dünya çempionatının püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, 75 ölkədən 243 idmançının qatılacağı yarışda ilk rəqiblərimiz məlum olub. Millimizin heyətində 1 boksçumuz 1/16, digərləri 1/8 finaldan mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, yarışda avqustun 25-28-də ilkin döyüşlər baş tutacaq. Hamburq İdman Sarayında təşkil olunacaq çempionatda avqustun 29-da 1/4 final mərhələsinin görüşləri keçiriləcək.

Ardınca 1 gün istirahət edəcək boksçular yarımfinal qarşılaşmalarına çıxacaqlar. Bu görüşlər avqustun 31-nə və sentyabrın 1-nə təsadüf edəcək. Yarışın son günündə – sentyabrın 2-də isə qaliblərin adları bilinəcək.

26 avqust
1/16 final. Məhəmmədrəsul Məcidov (+91 kq) – Kumar Satiş (Hindistan)

27 avqust
1/8 final. Lorenzo Sotomayor (64 kq) – Eslam Muhamed (Misir)/Nurlan Kobaşev (Qırğızıstan)
1/8 final. Kamran Şahsuvarlı (75 kq) – Maks Van der Pas (Hollandiya)/Lester Martines (Qvatemala)

28 avqust
1/8 final. Pərviz Bağırov (69 kq) – Damian Kivior (Polşa)/Tuvşinbat Byamba (Monqolustan)

 

Həmin kateqoriyadan