Dünya çempionatındakı ilk boksçumuz qələbə qazandı

Bu gün Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatına start verilib. Allsport.az xəbər verir ki, ilk olaraq boksçularımızdan 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor rinqə çıxıb.

Milli komandamızın üzvü kanadalı Artur Biyarslanovu məğlub edərək 1/8 final mərhələsinə vəsiqə qazanıb. Təmsilçimizin növbəti rəqibi əlcazairli Abdulkader Çader olacaq.

Dünya çempionatının debütantı 49 kq-da mübarizə aparan Rüfət Hüseynov isə axşam proqramında mərakeşli İmad Ahyounla qarşılaşacaq.

Qeyd edək ki, dünya çempionatında ölkəmizi təmsil edən digər boksçular – Elvin Məmişzadə, Tayfur Əliyev, Albert Səlimov, Pərviz Bağırov, Teymur Məmmədov və Abdulqadir Abdullayevdir.

Həmin kateqoriyadan