Dünya çempionu hakimliyə başlayıb

Azərbaycan boks federasiyasının (ABF) hakimlər komitəsi növbəti seminar təşkil edib. Allsport.az saytı xəbər verir ki, təlimlər kadet boksçuların Bakı zonası üzrə birinciliyinin gedişində baş tutub.

Hakimlər komitəsinin sədri Emil Qurbanəliyev tərəfindən keçirilən seminarda 15 ədalət təmsilçisi iştirak edib. Referilərə müxtəlif nəzəri və praktiki məsələlər barədə lazımı məlumatları verilib, hakimlərin döyüşlərin gedişində əsas nəyə diqqət yetirmələrini izah edilib.

Hər il olduğu kimi, bu dəfə də yarışa yeni hakim cəlb edilib. Bu, gənclər arasında dünya çempionu olan Şaban Şahpələngovdur.

Seminar martda Bakıda “Böyük ipək yolu” beynəxlalq turnirində 1 ulduz imtahanına hazırlıq məqsədi daşıyıb.

https://abf.az/wp-admin/post.php?post=7025&action=edit

Həmin kateqoriyadan