Dünya şöhrətli boksçularımız bu dəfə Azərbaycan rinqində güclərini göstərəcək

Sabah boksçuların Azərbaycan çempionatı başlayacaq.

Allsport.az saytı xəbər verir ki, yarışda 10 çəki üzrə müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 39 komandanın 203 kişi boksçu qatılacaq.

Döyüşlər saat 14:00-da başlanacaq. Qaliblərin adına isə yanvarın 30-da aydınlıq gələcək. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Həmin kateqoriyadan