Dünya təsnifat turnirində 1 boksçumuzun rəqibi məlum olub

Bakıda boksçuların Rio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya təsnifat turnirində rəqiblərimizdən biri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, 75 kq-da Kamran Şahsuvarlı 1/16 finalda Albaniya idmançısı Aryon Kayoşi ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 20-də keçiriləcək. Rəqib ilkin mərhələdə belçikalı Lay Kalenqa Mişikandan güclü olub.

81 kq-da Teymur Məmmədov da bu raunddan mübarizəyə başlayacaq. Tacikistanlı Mexrubon Sanginov və çinli Şi Quojun cününün qalibi onunla döyüşəcək. Bu 1/16 final ayın 19-da baş tutacaq.

49 kq-da çıxış edən Rüfət Hüseynovun rəqibi sabah müəyyənləşəcək. Dominikan Respublikasından olan Santilyan Perez Viktor Daniel Çin Taypeyi boksçusu Tu Po-Veylə qarşılaşacaq və qalib 1/8 finalda azərbaycanlı boksçuya rəqib olacaq. Bu qarşılaşma iyunun 20-də keçiriləcək.

Həmin kateqoriyadan