- Baxış sayı: 42
- 07 Oktyabr 2026 22:41
- Baxış sayı: 43
- Oktyabr 07, 2026
- 0

Argentina millisinin müdafiəçisi Nikolas Otamendi yığmadakı karyerasını Lionel Messi ilə birlikdə başa vurmasından danışıb.
Allsport.az xəbər verir ki, 38 yaşlı futbolçu Beninlə 3:0 hesabı ilə başa çatan yoldaşlıq görüşündən sonra emosiyalarını bölüşüb:
“İnanılmaz vida oldu. Bu oyun mənim üçün hədiyyə idi. Düşünürdüm ki, millidə son matçımı dünya çempionatında keçirmişəm və orada vidalaşmışam. Amma Leo məni buraya, vida oyununa çağırdı.
Millidə 17 ildən sonra bu anları onunla birlikdə yaşamaq çox gözəl idi. Son qolumu onun ötürməsindən vurmağım isə həmişə xatırlayacağım bir şey olacaq.
Bunun onun da son oyunu olduğunu düşünmək belə həyəcan yaradırdı. Bilirdik ki, vida anı yaxınlaşır. Bu, həm kədərli, həm də sevindirici idi. Çünki onunla vida layiq olduğu şəkildə baş tutdu.
Biz çox yaxın idik. Bəzən elə gəlir ki, hələ deyilməmiş sözlər qalıb. Məşqlərdə hər anın dadını çıxarırdıq. Bu qədər sadə insan olduğun və futbolunu bizə yaşatdığın üçün sənə təşəkkür edirəm”.
Argentina – Benin matçı həm Nikolas Otamendinin, həm də Lionel Messinin milli komandadakı son oyunu olub.