Eddi İsrafilov start heyətində oldu, “Kordoba” uduzdu

İspaniyanın ikinci liqasında 36-cı turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Kordoba” səfərdə “Real Ovyedo” ilə qarşılaşıb.

U-21 yığmamızın və “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Cəfərovun müqavilə imzalamağa hazırlaşdığı bu klubla görüş İsrafilovun komandasının məğlubiyyəti ilə başa çatıb – 0:1. Eddi adı bu görüşə start heyətdə başlayıb. Lakin 28-ci dəqiqədə sarı vərəqə alan millimizin üzvü 67-ci dəqiqədə də əvəzlənib.

“Xəlifələr” geridə qalan turlarda topladığı 52 xalla 22 komanda arasında 10-cu pillədə qərarlaşıb və bu gedişlə La Liqaya yüksəlmək şansların itirmək üzrədir. Elnurun gələcək klubu isə artıq 56 xalla 4-cü pilləyə yüksəlib və elitaya çıxmaq şansını saxlayır.

Həmin kateqoriyadan