Eddi İsrafilov “Kordoba”nı tərk edir?

İspaniyanın “Kordoba” klubu bir neçə futbolçusu ilə yollarını ayırmağa hazırlaşır. Allsport.az xəbər verir ki, La Liqaya vəsiqə qazana bilməyən klubun göndərmək istədiyi oyunçular arasında Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov da var.

İspaniya mətbuatının yazdığına görə, futbolçumuz daxil olmaqla, 10-a yaxın futbolçunun klubla müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq.

Anlaşma ilə “Mursiya”ya məxsus olan millimizin üzvü “Kordoba”nın qərarını gözləyir. Bu klub ona yeni müqavilə təklif etməsə, Edddi “Kordoba”dan ayrılmalı olacaq.

Həmin kateqoriyadan