- Baxış sayı: 62
- 13 Noyabr 2026 13:26
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Gənc boksçulardan ibarət millimiz qitə birinciliyinə hazırlığı Türkiyənin Ərzurum şəhərində davam etdirəcək. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Elbrus Rzayev heyəti bu toplanışdan sonra amüəyyənləşdirəcək:
“Məşqlərimiz yüksək səviyyədə keçib. 50-dək boksçu arasında seçim etmişik. Avropa birinciliyində tam heyətlə – 13 boksçu ilə təmsil olunacağıq. Lakin bəzi çəki dərəcələrində yekun qərarı hələlik verməmişik.
Boksçuların adları Türkiyə toplanışından sonra dəqiqləşəcək. Ərzurumda gündə 2, bəzi günlərdə 1 dəfə məşq edəcəyik. Orada əsas diqqət fərdi hazırlığa yönələcək.
Həmçinin sınaq döyüşləri də keçirib, bir daha taktiki-texniki hazırlığa diqqət yetirəcəyik. Hədəfimiz Avropa birinciliyində uğurlu çıxış və inamlı qələbələrdir”.