“Əlimizdən gələni edəcəyik”

“Əlimizdən gələni edəcəyik”

Azərbaycan millisinin kapitanı Emin Mahmudov UEFA millətlər liqasının qrup mərhələsində Lixtenşteynlə oyun öncəsi fikirlərini açıqlayıb.

Allsport.az xəbər verir ki, o, oktyabrın 1-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək qarşılaşmada qələbə qazanmağın vacibliyini vurğulayıb:

“Sabah bizim üçün vacib oyun olacaq. Mütləq qalib gəlməliyik. Bunun üçün əlimizdən gələni edəcəyik. Məşqçinin tapşırıqlarını yerinə yetirib qələbə qazanmalıyıq. Bu çox vacibdir”.

Həmin kateqoriyadan