Elmar Baxşıyev “Qəbələ”də

“Qəbələ”də yeni təyinat gerçəkləşib. Allsport.az saytı xəbər verir ki, Elmar Baxşıyev əvəzedicilərdən ibarət komandanın baş məşqçisi təyin olunub. O, 2015-ci ildən məşqçi kimi çalışdığı bu komandaya rəhbərlik edəcək.

Futbolçu kimi “Şəfa” (1997-1999), “İnter” (1999-2007), “Xəzər Lənkəran” (2007-2008), “Neftçi”nin (2008-2011) şərəfini qoruyan Baxşıyev karyerasını “Qəbələ”də (2012-2013) başa vurub. Azərbaycan çempionatlarında ən çox oyun keçirən 50 futbolçu arasında yer alan yarımmüdafiəçi 268 matçda 9 qol vurub. O, “Qəbələ”də hamısı çempionatda olmaqla 28 oyun keçirib.

2004-2009-cu illərdə Azərbaycan milli komandasının şərəfini qoruyan Baxşıyev yığmada 32 görüşdə iştirak edib. Futbolçu karyerasını bitirdikdən sonra məşqçilik fəaliyyətinə başlayan çalışdırıcının ilk iş yeri “Neftçi”nin U-19 komandası olub.

Həmin kateqoriyadan