- Baxış sayı: 35
- 19 İyun 2026 20:30
- Baxış sayı: 43
- İyun 19, 2026
- 0
21 yaşlılardan ibarət millimizin və “Neftçi”nin futbolçusu Elnur Cəfərov yenidən gündəmə gəlib. Allsport.az saytı xəbər verir ki, bəstəboy bu dəfə də oyunu ilə yox, özünü apara bilməməsi ilə seçilib. Noyabrın 8-də evdə Almaniyadan alınan 0:7 hesablı yenilgidə 90 dəqiqə meydanda olan hücumçu, 5 gün ərzinə ikinci dəfə sosial şəbəkədə diqqəti cəlb edib.
Rüsvayçılıqdan bir gün sonra bahalı maşında gülə-gülə şəklini paylaşan millimizin 20 yaşlı qoçusu indi də onun çıxışından narazı olan azarkeşi təhqir edərək, söhbətə çağırıb. Futbol11.az-in məlumatına görə, ümumiyyətlə, “İnstagram” hesabında tez-tez türmə həyatı, tin söhbətləri kimi paylaşımlar edən futbolçudan bundan artığını gözləmək olmaz…