Elnur Çodarov: Bəzi epizodlarda “Qarabağ” üçün boşluqlar yaratdıq

Topaz premyer liqasının 25-ci turunda “Zirə” evdə “Qarabağ”la qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, 1:2 hesablı ilə bitən oyundan sonra məğlub komandanın məşqçisi Elnur Çodarov bunu deyib:

“Bəzi epizodlarda rəqib üçün boşluqlar yaratdıq. Elə oyunçular var idi ki, istəniləni ortaya qoya bilmədilər, oyunu qalib başa vurmaq üçün sona qədər döyüşə bilmədilər.

Hücumda çoxalmağa çalışsaq da, bəzi oyunçularn ustalıq səviyyəsi çatmadı”.

Həmin kateqoriyadan