Elşən Abdullayev: “Azarkeşlərə söz verirəm ki, daha yaxşı “Neftçi” görəcəklər”

“Neftçi” klubunun futbolçusu Elşən Abdullayev zədəsini sağaldaraq məşqlərə başlayıb. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi bununla bağlı Neftçi TV-yə müsahibə verib: “Bu zədəni “Baltsan”la oyunda rəqiblə toqquşaraq almışdım. Sonra əməliyyat olunub, bərpa prosesi keçmək üçün Almaniyaya getdim. 20 gün orada qaldım. Artıq burada məşqlərimi davam etdirirəm.

İnşallah, “Qarabağ”la oyuna kimi hazır olacağam. Əsasən fiziki hazırlığımı bərpa elətdirirəm. Çalışıram ki, komandaya qoşulandan sonra fiziki problemim olmasın. Əsasən bunun üzərində işləyirəm. Futbolçu uzun müddət oynamayanda futbol üçün darıxır. Mən də oynamaq üçün darıxmışam. İstəyirəm, tezliklə komandaya qoşulub kömək edə bilim. Azarkeşlər üçün də darıxmışam. Onlara söz verirəm ki, inşallah, daha yaxşı “Neftçi” görəcəklər”.

Həmin kateqoriyadan