Elşən Abdullayev: “Qarabağ”da uyğunlaşmaqda bir çətinlik olmayacaq

“Qarabağ”ın yeni futbolçusu Elşən Abdullayev bu komandaya gəlişindən danışıb. Allsport.az saytı qarabagh.com-a istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ölkə çempionunun heyətində uyğunlaşmasında bir çətinlik görmür: “Qarabağ”a gəlişim qısa zamanda baş verdi.

“Neftçi” ilə müqaviləm bitmişdi. Həmin vaxt “Qarabağ”dan təklif gəldi və mən də dəyərləndirdim. Burada daha əvvəlcədən tanıdığım, bir yerdə oynadığım komanda yoldaşlarım var və komandada hər kəs bir ailə kimidi. Ona görə düşünürəm ki, komandama uyğunlaşmağımda bir problemim olmayacaq”.

Həmin kateqoriyadan