- Baxış sayı: 35
- 25 Aprel 2024 23:15
- Baxış sayı: 47
- Aprel 23, 2024
- 0
«Təlim-məşq toplanışındayıq. Hazırlığımızı Bədən Tərbiyəsi və İdman Akademiyasının idman zalında keçirik».
Bunu allsport.az saytına açıqlamasında milli komandanın boksçu Elvin İsayev (60 kq) deyib. 22 yaşlı idmançı bildirib ki, gələn ilin əvvəlində onları mövsümün ilk sınağı – ölkə çempionatı gözləyir:
«Yanvarın 8-də Azərbaycan çempionatı başlayır. Sonra 2 beynəlxalq turnirdə qüvvəmi sınayacağam. Gələn il başlıca hədəf ilk Avropa Oyunlarıdır. Məşqçilər heyəti sağ olsunlar, bu mötəbər yarışda döyüşəcəyimi deyiblər».