- Baxış sayı: 24
- 27 Aprel 2024 21:00
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
“Neftçi” klubunun baş məşqçisi Elxan Abdullayev Premyer liqanın 11-ci turunda “İnter”lə oyundan sonra fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, 35 gündən sonra növbəti dəfə qalib gəlmələri barədə bunu deyib:
“Oyun çox gərgin keçdi. Bu 3 xal bizə hava-su kimi lazım idi. Futbolçuların oyunundan razı qaldım, onları təbrik edirəm.
Bu gün yerli oyunçulara üstünlük vermişdik, onlar da özlərini doğrultdular. Uşaqlarda özünəinam yaranıb, bu, futbolda çox önəmlidir. Biz düz istiqamət seçmişik”.