Elxan Abdullayev: “Bu gün biz çox zəifik”

“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Premyer liqasının 13-cü turunda “Kəpəz”ə qarşı keçirəcəkləri oyun öncəsi fikrini bildirib. Allsport.az saytı saytı xəbər verir ki, o, azerisport.az-a açıqlamasında, komandasının zəif olduğunu etiraf edib:

“Hazırlıq öz qaydasında gedir. Heyətlə bağlı itkimiz yoxdur. Proqnoz verməyəcəyəm. Sadəcə, hər oyunda olduğu kimi, qarşımıza yaxşı nəticə qazanmağı hədəf qoymuşuq. Baxmayaraq ki, buna hər oyunda nail ola bilmirik. Amma meydana bu fikirlə, istəklə çıxacağıq.

İstənilən məğlubiyyət həm mənə, həm də futbolçulara çox pis təsir edir. Heç kim uduzmaq istəməz. Amma reallığı da etiraf etmək lazımdır ki, bu gün biz çox zəifik. Zaman və daha çox işləmək lazımdır ki, bu vəziyyətdən çıxaq”.

Həmin kateqoriyadan