Elxan Abdullayev: “Bu oyun bir daha göstərdi ki, seleksiya işimiz düzgün qurulub”

“Neftçi” komandasının baş məşqçisi Elxan Abdullayev “Sivasspor”la yoxlama matçından sonra fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, qolsuz heçə-heçə ilə başa çatan görüş barəsində bunu deyib:

“İlk oyunumuzu keçirdik. Hazırda fiziki hazırlıq üzərində işləyirik. Komanda yaxşı təsir bağışladı. Bir neçə futbolçu transfer olunub, onların da çıxışından razı qaldım. Bu oyun bir daha göstərdi ki, seleksiya işimiz düzgün qurulub.

Təbii ki, bir oyunla heç nə demək olmaz. Qarşıda yoxlama görüşlərimiz var. Düşünürəm ki, oyundan oyuna daha yaxşı olacaq və bu yaxşı oyunumuzu çempionatda da davam etdirmək istəyirik”.

Həmin kateqoriyadan