Elxan Abdullayev: “Fasilədən sonra ilk oyunlar ağır olur”

“Neftçi” klubunun baş məşqçisi Elxan Abdullayev premyer liqasının 15-ci turunun “Qarabağ” klubu ilə oyunundan sonra açıqlana verib: Allsport.az saytı xəbər verir ki, o, 1:1 hesabı ilə bitən matçdan razı qalıb:

Fasilədən sonra ilk oyunlar ağır olur. Qarşılaşma gözlənildiyi kimi gərgin keçdi. Bununla belə, hər iki komanda mübariz futbol nümayiş etdirdi. Belə soyuq havada komandaya dəstək olan azarkeşlərə təşəkkür edirəm.

Çempiona qarşı səfərdə oynayırdıq. Komandada yeni oyunçular var, üstəlik, hücum xəttində problemimiz var. İnşallah, gələn görüşdə yeni hücumçu ilə oynayacağıq”.

Həmin kateqoriyadan