Elxan Abdullayev məğlubiyyətə yenə bəhanə gətirib

Premyer liqanın 25-ci turunda “Neftçi” Gəncədə “Kəpəz” klubuna 0:2 hesabə ilə yenilib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra “ağ-qaralar”ın baş məşqçisi Elxan Abdullayev öz fikrini bildirib:

“Belə meydanda oynamaq bütün komandalar üçün çox çətindir. Bu amil həm bizə, həm də rəqibə çətinlik yaratdı. Zədəlilərin çoxluğu ardıcıl 2-3 oyun stabil heyətlə oynamağa imkan vermir. Pavel Dreksa və Kirilo Petrov zədəli olduğu üçün müdafiənin mərkəzində iki məcburi dəyişiklik etmişdik.

Üstəlik, sol cinah oyunçusu Georgi Navalovski zədəli olduğu üçün ikinci hissədə ağrıkəsici iynənin hesabına meydana çıxdı. Ruslan Abışov bu gün “18-lik”də olsa da, hələ ki meydana çıxmağa hazır deyil, tam bərpa olunmayıb. Bir sözlə, birdən-birə 4 futbolçunun zədələnməsi oyunumuza çox pis təsir edib. Bütün bunlara baxmayaraq, növbəti oyunlara qələbə qazanmaq üçün çıxacağıq”.

Həmin kateqoriyadan