Elxan Abdullayev “Qəbələ”yə məğlubiyyəti hucümçu çatışmamazlığı ilə əlaqələndirib

“Neftçi” klubunun baş məşqçisi Elxan Abdullayev ölkə çempionatının 16-cı turunda “Qəbələ” ilə səfər oyunundan sonra fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, mütəxəssis 0:1 hesablı məğlubiyyəti hucümçu çatışmamazlığı ilə əlaqələndirib:

“Futbolçulardan razı qaldım, yaxşı oyun göstərdilər. İnkişaf var, amma yeni futbolçuların komandaya tam uyğunlaşması üçün bir az vaxt lazımdır. Bu gün hər 2 hücumçumuz ilk oyununa çıxmışdı. Komanda yoldaşlarını hələ ki, yaxşı tanımırlar. Amma inanıram ki, qarşıdakı turlarda azarkeşlərimizi qollarla sevindirəcəklər.

Qol epizoduna gəlincə, bunu hamı gördü, bu haqda danışmaq istəmirəm. Bununla məşğul olmaq mənim işim deyil. Mən öz komandamla məşğulam”.

Həmin kateqoriyadan