Elxan Abdullayev: “Şadam ki, heyətə cəlb olunan yeni hücumçular fərqləndilər”

Bu gün “Neftçi” klubu premyer liqanın 17-ci turunda “İnter”ə 3:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, matçdan sonra qalib komandanın baş məşqçisi Elxan Abdullayev bunu deyib:

“Futbolçulardan razı qaldım. Komanda bu gün yaxşı oyun nümayiş etdirdi. Sevindirici haldır ki, 3 xalı qazandıq. Şadam ki, heyətə cəlb olunan yeni hücumçular fərqləndilər. Fikrimcə, oyundan oyuna daha güclü “Neftçi” görə biləcəyik.

Azarkeşlər də bu gün komandaya böyük dəstək verdilər. Bu qələbədə onların da böyük payı var. Növbəti oyunlarda da onlardan bu cür dəstək gözləyirik. Bundan sonrakı görüşlərdə itirilmiş xalların əvəzini çıxmağa çalışacağıq”.

Həmin kateqoriyadan