Elxan Abdullayevin komandası Bundesliqa klubundan 4 cavabsız qol görüb

Avstriyada təlim-məşq toplanışında olan “Neftçi” 3-cü yoxlama oyunu keçirib. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” Almaniyanın “Herta” klubu ilə qarşılaşıb.

Bundesliqa təmsilçisi ilə Elxan Abdullayevin komandasının qapısına 4 cavabsız top vurub.

Qeyd edək ki, “Neftçi” Avstriyadakı əvvəlki yoxlama matçlarında Almaniyanın “Şalke” (0:1) və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubu (1:1) ilə üz-üzə gəlib.

Həmin kateqoriyadan