Elxan Abdullayevun etirafı: Komanda bu gün çox zəif çıxış etdi

“Neftçi” klubunun baş məşqçisi Elxan Abdullayev Premyer liqasının 12-ci turunda “Sumqayıt”la oyunundan sonra fikirini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, məğlubiyyətə belə şərh verib:

“Komanda bu gün çox zəif çıxış elədi. “Sumqayıt” bizdən daha istəkli idi, ona görə də qələbə qazandı. “İnter”i məğlub edəndən sonra komandada arxayınlıq yaranmışdı ki, “Sumqayıt”a da qalib gələrik. Amma belə deyil, gərək hər oyuna istəklə çıxasan.

Əks halda məğlubiyyət qaçılmaz olur. Bundan başqa, heyətlə bağlı problemlərimiz var. Ehtiyat skamyamız çox kasaddır, orada oyunu gücləndirə biləcək futbolçu yoxdur”.

Həmin kateqoriyadan