- Baxış sayı: 78
- 09 Avqust 2026 20:16
- Baxış sayı: 223
- Avqust 05, 2026
- 0

AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda təşkilatln prezidenti Rövnəq Abdullayev, 1-ci vitse-prezident Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, İK-nın digər üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov iştirak ediblər. Aparılmış müzakirələrən sonra aşağıdakı qərarlar qəbul edilib:
1. Nəticəsinin şübhəli olması ehtimal edilən oyunlarla bağlı AFFA tərəfindən aparılan araşdırmanın nəticəsi barədə İcraiyyə Komitəsinə məlumat təqdim olunsun.
2. AFFA-nın növbəti Konfransı 2017-ci il mart ayının birinci yarısında keçirilsin. Konfransın dəqiq tarixinin müəyyənləşdirilməsi baş katibliyə həvalə olunsun.
3. AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülsün.