- Baxış sayı: 33
- 21 Aprel 2025 16:53
- Baxış sayı: 93
- Aprel 21, 2025
- 0
Almaniya Bundesliqasında 33-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvü Emil Balayevin qapısını qoruduğu “Ayntraxt” doğma meydanda Dortmund “Borussiya”sı ilə qarşılaşıb. Matç Frankfurt təmsilçisinin qələbəsi ilə başa çatıb – 1:0.
Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib. “Ayntraxt” bu qələbə sayəsində xallarının sayını 36-ya çatdıraraq, təhlükəli zonadan çıxıb və hazırda 15-ci pillədə qərarlaşıb. Son turda isə bu komandanı əsas izləyicisi “Verder”lə səfərdə taleyüklü matç gözləyir.