- Baxış sayı: 52
- 06 Noyabr 2026 22:24
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Portuqaliya Premyer-liqasında 3-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Emin Mahmudovun formasını geyindiyi “Boavişta” doğma meydanda “Çaves”lə qarşılaşıb.
“Şahman bəbirləri” bu oyundan heç-heçə ilə ayrılıb – 2:2. Futbolçumuz Azərbaycan yığmasının Bakıdakı təlim-məşq toplanışına qatıldığı üçün matçın iştirakçısı olmayıb. “Boavişta” 3 turdan sonra 5 xalla 6-cı pillədədir.