Emin Nuri “Kalmar”la qələbə qazanıb

İsveç çempionatında 3-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası – “Kalmar” da növbəti matçına çıxıb.

Klub doğma meydanda “Elfsborq”la qarşılaşıb. Matç həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb – 3:2. Bu, əvvəlki iki oyununda uduzan “Kalmar”ın yeni mövsümdəki ilk qələbəsi olub.

Qeyd edək ki, Emin bu görüşün start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. O, 70-ci dəqiqədə sarı vərəqə alıb. “Kalmar” geridə qalan turlarda topladığı 3 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan