- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 222
- Avqust 05, 2026
- 0
İsveç çempionatında 8-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin oynadığı “Kalmar” səfərdə “Estersund” ilə qarşılaşıb.
Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 0:1. Həmvətənimiz bu görüşün start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
“Kalmar” geridə qalan turlarda topladığı 8 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.