- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 222
- Avqust 05, 2026
- 0

İsveç çempionatında 19-cu turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası “Kalmar” səfərdə “Helsinqborq” ilə qarşılaşıb. Qonaqlar bu görüşdən qələbə ilə ayrılıb – 1:0.
Əsas heyətin daimi üzvlərindən olan futbolçumuzun adı bu dəfə iştirak ərizəsində yer almayıb. “Qırmızı qardaşlar” geridə qalan turlarda topladığı 25 xalla 16 klub arasında 9-cu pillədə qərarlaşıb.