Ən yaxşısı seçilib

Ən yaxşısı seçilib

İspaniya La liqasında sentyabrın ən yaxşı baş məşqçisi müəyyənləşib.

Allsport.az xəbər verir ki, “Barselona”nı çalışdıran Hans Flik ötən ayın ən yaxşısı seçilib.

Almaniyalı mütəxəssis qalib olmaq üçün səsvermədə “Atletiko”nun baş məşqçisi Dieqo Simone və “Betis”i çalışdıran Manuel Pelleqrinini qabaqlayıb.

“Barselona” sentyabrda La liqada keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb. Flikin komandası “Valensiya”ni 5:0, “Levente”ni 4:2, “Rasinq”i 7:2, “Sevilya”nı isə 3:1 hesabı ilə məğlub edib.

Həmin kateqoriyadan