Entoni Coşuanın növbəti döyüşünün tarixi

Böyük britaniyalı boksçu Entoni Coşua peşəkar rinqdə növbəti döyüşünü nə vaxt keçirəcəyini deyib.

Allsport.az xəbər verir ki, mart ayında Coşua Səudiyyə Ərəbistanında keçirilən boks yarışında kamerunlu Frensis Nqannunu asanlıqla nokaut edib.

“Promouterlər hansı tarixə qərar versələr də, mən 100% hazır olacağam. Döyüş Londondakı Uembli stadionunda keçiriləcək. Mənə belə dedilər. Adətən bu adamlar öz sözlərinə əməl edirlər. Beləliklə, Uembli sentyabrın 21 və ya 22-dir”, – Coşua “talksport”a bildirib.

Həmin kateqoriyadan