Fəhmin Muradbəyli: “Komanda halında uğur qazanmaq istəyirik”

“Neftçi”nin gənc futbolçusu Fəhmin Muradbəyli Antalya hazırlığı barədə danışıb. Allsport.az saytı xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi komandada ovqatın yüksək olduğunu deyib: “Artıq 4 gündür ki, Antalyadayıq. İndi əsasən fiziki məşqlər keçirik. Bütün diqqətimizi məşqlərə yönəltmişik. Komandamıza yeni qoşulan futbolçuların əksəriyyəti təcrübəlidir.

Müxtəlif milli komandalarda, güclü çempionatlarda, avrokuboklarda oynayıblar. Əl-ələ verib komanda halında uğur qazanmaq istəyirik. Qarşıda yoxlama oyunları var. Bu görüşlərdə hansı nəticəni qazanacağımız önəmli deyil. Əsas odur ki, məşqçilərin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirib baxımlı oyun göstərək”.

Həmin kateqoriyadan