“Fənərbağça” azarkeşləri “Qarabağ”ın düşərgəsində

“Fənərbağça” klubunun “1907 UNİFEB” azarkeş qrupu Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ı ziyarət edib.

Allsport.az saytı xəbər verir ki, “Çelsi” ilə matçda açılan Azərbaycanın ən böyük xoroeqrafiyasında əməyi olan azarkeş qrupunun bir neçə üzvü dünən “Kuban”la yoxlama oyunundan öncə komandanın düşərgəsində olub.

Qurban Qurbanova gül dəstəsi təqdim edən türkiyəli azarkeşlər sonda xatirə şəkili çəkdiriblər.

Həmin kateqoriyadan