“Fənərbağça” prezidenti yenidən həbs oluna bilər

Türkiyədə məhkəmənin nəticələri razılaşdırılmış oyunlar barədə qərarı ilə “Fənərbağça” futbol klubunun prezidenti Əziz Yıldırım yenidən həbs oluna bilər. Allsport.az xəbər verir ki, ötən gün 13-cü İstanbul Ağır cəza məhkəməsi Yıldırım və daha 6 nəfərin dindirilməsinə dair qərar verib.

Məlumat üçün bildirək ki, bundan əvvəl “Fənərbağça” prezidentinə 6 il 3 ay həbs cəzası verilmişdi. 2012-ci il iyulun 2-də Yıldırım azadlığa buraxılmışdı.

Əziz Yıldırımla yanaşı, klubun 1-ci vitse-prezidenti İlhan Ekşioğlu, Olqun Peker və Yusuf Turanlı da azadlığa buraxılanlar sırasında olub.

Həmin kateqoriyadan