Fərid Qayıbov Malayziyanın nümayəndə heyəti ilə nələri müzakirə edib?

Gənclər və idman naziri Fərid Qayıbov, Malayziyanın nümayəndə heyətini qəbul edib. Allsport.az saytı xəbər verir ki, görüşdə qarşı tərəfdən olimpiya şurasının baş katibi Dato Mohd Nazifuddin Dato Sri Mohd Najib, gimnastika federasiyasının prezidenti Dato Seri Tan Gin Sun, baş katibi Afrita Nasril, Malayziyanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Yusof Yubazlan və səfirin müşaviri Mardiana Binti Məhəmməd Ruhani iştirak ediblər.

Nazir, qonaqlara Azərbaycanda idmanın inkişafı, gənclərin idmana cəlb edilməsi istiqamətində görülən işlər, bu sahəyə dövlət qayğısı barədə məlumat verib. Nazir həmçinin onları ölkəmizdə mövcud olan idman infrastrukturu haqqında da məlumatlandırıb.

Görüş zamanı Azərbaycanla Malayziya arasında idman sahəsində mümkün əməkdaşlıq imkanları da müzakirə edilib.

Həmin kateqoriyadan