Fərid Qayıbovun idmançılarla görüşü

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.

Allsport.az xəbər verir ki, görüş milli gimnastika arenasında baş tutub.

Dövlət himni səsləndirildikdəm sonra ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub. Ardınca Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb.

Alpaqut döyüş sənəti, Çin döyüş növləri (uşu-çinda, uşu-sanda), sumo, muaytay, atletika, milli idman növləri (qazax güləşi), sərbəst güləş, yunan-Roma güləşi, qadın güləşi idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.

Qeyd edək ki, görüşdə AGİN-in idman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak edib.

Həmin kateqoriyadan