Fariz Məmmədova həsr olunan sənədli film

Bu gün “Alov qüllələri”ndə yerləşən kinoteatrda ölkəmizin ilk peşəkar boksçusu, yeganə dünya və Avropa çempionu, “Qəbələ” idman klubunun boks bölməsinin rəhbəri Fariz Məmmədov haqqında sənədli filmin təqdimatı oldu.

Allsport.az saytı xəbər verir ki, tədbirdə çox sayda məşhur idman və sənət adamları iştirak ediblər. “Fariz boxer” filmi onun həyatı və uğur hekayəsindən bəhs edir. 

Tədbirin sonunda xalq artisti Alim Qasımov, beynəlxalq Avrasiya mətbuat fondunun sədri Umud Mirzəyev və Fariz Məmmədov film haqqında fikirlərini bildiriblər. Səbəbkar filmi ərsəyə gətirənlərə təşəkkür edib.

Həmin kateqoriyadan