- Baxış sayı: 24
- 17 İyun 2025 20:58
- Baxış sayı: 85
- İyun 17, 2025
- 0
“İnanıram ki, həm birinci, həm də ikinci hissə hamının xoşuna gəldi”.
Allsport.az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan premyer liqasının XXXIV turunda evdə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
O, meydanda yaxşı mübarizənin getdiyini söyləyib: “Çempionatda qalmağı bir gün əvvəl təmin etmişdik. Amma dünən axşam və bu gün komanda üzvləri ilə danışığımız oldu ki, hər bir oyun futbolçunun karyerasının bir parçasıdır. Həmin o hissələr də yadda qalan olmalıdır. Maksimum şəkildə özümüzü yaxşı tərəfdən göstərməliyik. Uşaqlara təşəkkür edirəm. Yaxşı mübarizə apardılar. Fasilədən sonra daha fərqli oynamağa çalışdıq. Şükürlər olsun ki, qələbə qazandıq. Bütün “Kəpəz” ailəsini, xüsusən də bizi sevən azarkeşlərimizi təbrik edirəm. Bu gün bir pillə irəlilədik”.