Super liqada yeni mövsüm

Super liqada yeni mövsüm

Kişi voleybolçular arasında Azərbaycan super liqasında 2026/2027 mövsümünə start verilir.

Allsport.az xəbər verir ki, çempionatın açılış turunun qarşılaşmaları oktyabrın 23-də və 24-də təşkil olunacaq.

Yeni mövsümdə ümumilikdə 6 komanda, “Xilasedici”, “Ordu”, “Neftçi”, “Murov Az Terminal”, “Azərreyl” və “Gənclər” çempionluq uğrunda mübarizə aparacaq. Ev-səfər prinsipi ilə 2 dövrəli dairəvi sistemdə keçiriləcək turnirin yekununda ilk 4 pilləni tutan kollektivlər pley-off mərhələsinə adlayacaqlar.

Super liqa

I tur

23 oktyabr

16:00. “Azərreyl” – “Gənclər”

18:00. “Murov Az Terminal” – “Ordu”

GİN-in voleybol mərkəzi

24 oktyabr

17:00. “Xilasedici” – “Neftçi”

FHN-in idman zalı

Həmin kateqoriyadan