“Fasilədən sonra meydanda istədiyimizi edə bilmədik”

Premyer liqanın 11-ci turunda “Qəbələ” – “Kəpəz” oyunundan (1:1) sonra meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 42 yaşlı mütəxəssisin fikri ilə tanış edir:

“Ağır oyun oldu. Bizi çətin matçın gözlədiyini bilirdik. “Kəpəz” klubu “Neftçi”yə qarşı son görüşünü yaxşı keçirmişdi. Ümumilikdə komanda istədiyimizdən də aşağı çıxış etdi. Birinci hissədə dominant oynamağa çalışdıq. Amma fasilədən sonra meydanda istədiyimizi edə bilmədik. Vacib xallar itirdik. Çalışıb qarşıdakı oyunlara yüksək motivasiya ilə hazırlaşmaq lazımdır.

Komandaya qol çatmır. Epizodlar yaradırıq, onları dəyərləndirmək lazımdır. Hücumçunu müdafiədə oynadırıqsa, heyətlə bağlı sıxıntımız var. Rövlan Muradov üzərinə düşənin ən yaxşısını yerinə yetirməyə çalışır. Emil Səfərovun mikrozədəsi var. Bu, ona 90 dəqiqə meydanda olmağa imkan vermir. Sonradan meydana daxil olanlar komandaya fayda verməyə çalışırdılar.

Hücumameylli futbolçularımız daha aqressiv olmalıdır. 1:0 hesabı ilə öndə olanda Ömər Xani təkbətək epizodu dəyərləndirsəydi, fərqli nəticə qeydə alınardı. Premyer liqa klublarıdır və heç kim onlarla görüşlərdə xal itkisindən sığortalanmayıb. Futbolda güclü, zəif anlayışı yoxdur. Maksimum hazırlaşmaq və uğurlu nəticəyə köklənmək lazımdır”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish